Əgər dünyanı daun sindromlu insanlar idarə etsəydi nə baş verərdi
03.02.2019

Əgər dünyanı daun sindromlu insanlar idarə etsəydi nə baş verərdi

"Əgər dünyanı Daun sindromlu insanlar idarə etsəydi, onda qayğıkeşlik və özünü hər kəs üçün fəda etmək adi bir məsələ olardı."

Visiontv.Az islaminsesi.info-ya istinadən Daun Araşdırmalar mərkəzinin araşdırdığı bu maraqlı araşdırmanı sizə təqdim edir.

"Əgər dünyanı Daun sindromlu insanlar idarə etsəydi, onda qayğıkeşlik və özünü hər kəs üçün fəda etmək adi bir məsələ olardı.

Baxmayaraq ki, mənim ailəm elə də çox mehriban olmayıb, amma əminəm ki, onlar belə daun sindromluların onları qucaqlamasına etiraz etməzdilər. Xoşbəxtlikdən mənim həyat yoldaşım Argentinalı idi və təyyarədən enən kimi onun ailəsinin 6000 mini üzvünü qucaqlamalı oldum.

Əgər dünyanı daun sindromlu insanlar idarə etsəydi, bütün insanlar bir-birləri üçün yardım əlini uzadar və bir birlərinə hədiyyəllər edərdilər.

Əgər dünyanı daun sindromlu insanlar idarə etsəydilər insanlar həddindən artıq vicdanlı və müdrük olardılar.

Siz bir daun sindromlunun səhv etdiyini görsəniz o bunu danmaz və boynuna alar. Və yaxud yaxşı bir iş üçün minnətdarlıq etsəniz o sadəcə gülümsəyər.

Biz özümüzü inandırmışıq ki, yüksək - aristokratik cəmiyyətlər daun sindromlu insanlar üçün məqbul deyil.

 

Lakin indiyə kmi rastlaşdığımız daun sindromlu insanların əksəriyyəti toy, məclis fanatıdı. Bu elə də təəcüblü görünməməlidi, çünki onlar geyinməyi, şadlanmağı və ən ümdəsi yaxşı yeməkləri sevirlər. Həmçinin onlar məclisləri ona görə sevirlər ki, onların insanları səbəbsiz qucaqlamaları üçün bir bəhanələri olur.

Daun sindromlu insanlar özləri ilə danışmağı sevirlər. Bu isə problemlərin insanın özü ilə danışılıb çözülməsinə gətirib çıxarır. Özü ilə danışmaq insanın başqalarının üzərinə tökə biləcəyi qəzəbi və nifrəti özü ilə müzakirə edərək sonlandırmasıdır.

Bizim çoxumuz elə zənn edirik ki, daun sindromlu insanlar tərs və bezdirici olurlar. Lakin bu deyil. Əgər dünyanı daun sindromlu insanlar idarə etsəydilər onlar təhsil və məktəb sistemi hamısı verbal olardı. Bütün problemlər vizual olaraq çözülərdi.

Bəs xəbərlər necə verilərdi?

Onlar üçün ən əhəmiyyətli xəbər hava haqqında olardı. Ən gözəl xəbər isə hardasa hansısa restoranın açılışı ya da bir bir məclis elanı olardı.

Pis xəbərləri necə verərdilər:

Axı, dünyanı daun sindromlular idarə etsəydi necə müharibə ola bilərdi ki?!... Bu absurddu. Pis xəbərlər pis dünyadan gələr. Onların qurduğu dünyada pis xəbər olmazdı."