Editor.az saytının 10 yaşı tamam olur
24.11.2022

Editor.az informasiya portalı 10 yaşını qeyd edir.

Visiontv.az xəbər verir ki, informasiya portalı 2012-ci ildən fəaliyyətə başlayıb. Elə ilk dövrdən Editor.az ölkənin internet media məkanında özünəməxsus yer və nüfuz qazana bilib. İnformasiya bloklarında Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəni və idman həyatına dair məlumatlar, regionda və dünyada baş verən hadisələrlə bağlı operativ xəbərlər əksini tapır.

Dəqiq və qərəzsiz xəbərlər, hadisələrə obyektiv mütəxəssis və ekspertlər rəyləri təqdim etmək siyasətini həyata keçirən Editor.az, eləcə də xəbərlərində mütəmadi olaraq ölkənin tanınmış mətbu orqanlarına da istinad edir.

Xatırladaq ki, saytın baş redaktoru Fərid Şahbazlıdır. 

Həmkarlarımızı təbrik edirik.