“Düşünürdüm ki, anam tabutumu görsə, necə dözəcək?”
Videonu Aç
05.02.2023

“Elə bir hal yaşandı ki, heç kim sağ qalacağını düşünmürdü. Sadəcə, necə öləcəyim, tabutumun evə necə gedəcəyi haqqında fikirləşirdim. Ən çox anamın bunu necə qarşılayacağından narahat idim”.

Visiontv.az xəbər verir ki, bunu BAKU.TV-nin “44 gün” verilişində Vətən müharibəsi qazisi Sərxan Əliyev deyib.

Atası Birinci Qarabağ müharibəsi əlili olan S.Əliyev mühasirədən xilas olunmasından bəhs edib: “Oktyabrın 18-də mühasirəyə düşdük. Mayor Elçin Allahverdiyev və gizir Elnur Əzizovun vaxtında verdiyi komanda sayəsində sağ qaldım”.