Düşmən Kəlbəcərin kəndində daş emalı zavodu da açdı.. . -Bu daş da bizi ayıltmasa...-Fotolar
30.05.2019

Bu daşlar da bizi ayıldıb hərəkətə keçirmirsə, qisasımız Qiyamətə qalacaq?..

Separatçı erməni rejimi Azərbaycanın 26-cı ildir ki, işğal altında qalan Kəlbəcər rayonunun “Drmbon” adlanmış Heyvalı kəndində yeni daş emalı zavodu açıb. 

Vision TV Moderator.az a istinaden  xəbər verir ki, bu haqda separatçı-terrorçu rejimin oyuncaq rəhbəri Bako Saakyanın mətbuat xidməti məlumat yayıb. Dekabrın 1-də B.Saakyan zavodun təntənəli açılış mərasimində iştirak edib. “Beyz Metals” şirkətinin vəsaiti hesabına tikilmiş və fəaliyyət göstərəcək zavodda müxtəlif forma və ölçülü tikinti və örtük daşları istehsal olunacaq.

Xatırladaq ki, Azərbaycanın işğal altındakı torpaqlarında qanunsuz fəaliyyət göstərən Ermənistanın “Beyz Metals” şirkəti Heyvalı kəndində, eləcə də Kəlbəcər və digər rayonların başqa məntəqələrində əlvan metal, o cümlədən mis, qızıl, molibden mədənlərinin də istismarıyla məşğuldur. Separatçı rejim öz büdcəsinin xeyli hissəsini həmin kampaniyanın hesabına doldurur...

P.S. İşğalçı və separatçı ermənilər 1988-ci ildə münaqişəyə öz torpaqlarımızın daşı ilə bizləri daşlamaqla başladılar. İndi isə daşımızdan da pul çıxarırlar... Kəlbəcərdən atılan bu daşlar da bizi ayıldıb hərəkətə gətirməsə, qisasımız, doğrudan da, Qiyamətə qalacaq?..