Dünyanın qorxduğu oldu - qidada da koronavirus tapıldı
21.09.2020

Bütün dünyanın kabusu olan koronavirusla bağlı hər kəsin qorxduğu olub.

Visiontv.az xəbər verir ki, ilk dəfə olaraq qida da koronavirusa rəst gəlinib. Virus Çinə Rusiyadan göndərilən dodurulmuş dəniz məhsullarında aşkar edilib. Dövlət rəsmiləri Jilin əyalətində Rusiyadan göndərilən məhsulları alan şəxslərə xəbərdarlıq edib və onların test verməsini istəyib. Gömrük dondurulmuş qida məhsullarının idxalının bir həftə müddətində dayandırılacağını açıqlayıb. Araşdırmalardan sonra bu məhdudiyyətin müddəti bir aya kimi uzadıla bilər. 

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı COVİD-19-un qida və paketlər yolu ilə yayılmasına dair heç bir sübut tapılmadığını açıqlamışdı. Dünyada 23 milyondan çox insanın yoluxması, 900 mindən çox adamın ölümünə səbəb olan virus ötən ilin dekabrında Çini Hubey əyalətində heyvan bazarında aşkarlanmışdı. Qısa müddət ərzində virus bütün dünya ölkələrini cənginə alıb.