Dünyada COVID-19 infeksiyasına yoluxanların sayı 4 milyonu keçib
09.05.2020

Çinin Uhan şəhərindən yayılmağa başlayan yeni növ koronavirus infeksiyası (COVID-19) artıq dünyada 4 milyondan çox insanın bu virusa yoluxmasına yol açıb.

Visiontv.az “Worldometer”ə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 01:30-a olan statistikaya əsasən, son bir sutka ərzində 87 328 nəfərdə virusa yoluxma aşkar edilib, bununla da yoluxanların ümumilikdə sayı 4 000 972 nəfərə çatıb.

Ölüm sayında da artım müşahidə edilib. Bir gündə 4926 nəfər infeksiyaya yoluxma nəticəsində həyatını itirib. Ümumilikdə bu ölümcül virusdan ölənlərin sayı isə 275 352 nəfərdir. İndiyədək 1 375 955 nəfər sağalıb və hazırda 2 349 665 aktiv yoluxmuş xəstə var.