Dünya yeni rekorda şahidlik etdi - VİDEO
15.04.2019

Dünyanın ən böyük təyyarəsi ilk dəfə səmaya qalxıb

Dünyanın ən böyük təyyarəsi ilk dəfə səmaya qalxıb. Visiontv.az  xəbər verir ki, təyyarənin ilk sınaq uçuşu həyata keçirilib.

"Stratolaunch Systems" şirkətinə məxsus nəhəng təəyyarə ilk dəfə olaraq Kaliforniyada havaya qalxıb. Təyyarınin qanadlarının uzunluğu 117 metrə çatır. Bu günə qədər ən böyük qanadı olan təyyarə SSRİ-yə məxsus An-225 "Mriya" olub ki, onun qanadının uzunluğu 88 metrdir.

ABŞ istehsalı olan hazırkı nəhəng təyyarənin özünün uzunluğu isə 73 metrə çatır. Bu təyyarə 226 ton yük ilə səmaya qalxa bilir. Təyyarə kosmos üçün nəzərdə tutulan aparatları daşıyacaq.



Qeyd edək ki, "Stratolaunch Systems" şirkəti 2011-ci ildə "Microsoft"un həmtəsisçisi Polom Allen və dizayner Bert Rutanov tərəfindən təsis edilib.

sputnik.az