Dünya və Avropa çempionu niyə həbs edilib?
16.09.2021

Bakıda tanınmış idmançı, universal-döyüş və digər idman növü üzrə dünya və Avropa çempionu olan Xəyyam Səfixanov həbs edilib. Visiontv.az xəbər verir ki,  o, Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Səfixanovun üzərinə baxış keçirilən zaman ondan 5,012 qram heroin, 0,072 qram metafitamin, 2,475 qram tramadol aşkarlanaraq götürülüb.

Ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülüb, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.