Duman Bakı aeroportunun işinə təsir edib - AÇIQLAMA
07.03.2019

Duman Bakı aeroportunun işinə təsir edib - AÇIQLAMA

Bakıda müşahidə olunan qatı duman Heydər Əliyev Beynəlxalq Hava Limanının işinə təsir etməyib.

Visiontv.Az xəbər verir ki, bu barədə Trend-ə aeroportdan bildiriblər.

Qeyd olunub ki, təyyarələrin uçuşu və enişi cədvələ uyğun həyata keçirilir:

"Təyyarələrin uçuşunda heç bir ləngimə yoxdur. Aeroport adi rejimdə işləyir".