Dubaydan "iPhone" və qızıl gətirən azərbaycanlı İran gömrüyündə saxlanılıb
15.01.2022

İranın Astara gömrüyündə qanunsuz yolla 2,68 kq qızıl və 7 ədəd “iPhone 13” mobil telefonu keçirmək istəyən Azərbaycan vətəndaşı saxlanılıb.

Visiontv.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Gömrük Administrasiyasının sözçüsü Ruhulla Lətifi deyib.

R.Lətifinin sözlərinə görə, Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərindən İrana keçən Azərbaycan vətəndaşı İranın Astara gömrüyündə yoxlanılıb:

“Qeyd olunan əşyaları həmin şəxs çay, yağ və yuyucu tozu qutularına yerləşdirib və İran sərhədindən keçirmək üçün yük maşınına təhvil vermək istəyib”, - deyə o bildirib.