Dubayda ticarət mərkəzinə su taksisi ilə getmək olacaq
11.01.2019

Dubayda ticarət mərkəzlərinin arasında hərəkət edəcək su taksiləri gələn həftədən işə başlayır.

Dubayda ticarət mərkəzlərinin arasında hərəkət edəcək su taksiləri gələn həftədən işə başlayır.

Visiontv.Az AZƏRTAC-a istinadən bildirir ki, su nəqliyyatının yeni marşrutu tanınmış "The Dubai Mall" və "Dubai Marina Mall" arasından keçir. Bu yeni təşəbbüsü Dubayın ən iri "Emaar" tikinti şirkəti əmirliyin Yol və Nəqliyyat Komitəsi ilə tərəfdaşlıqda həyata keçirəcək.

Su taksisinın Fars körfəzi və Dubay su kanalında 80 dəqiqəlik hərəkəti zamanı sərnişinlər əmirliyin əsas görməli yerlərini seyr edə biləcəklər. Su taksisi ilə bir dəfə getmək böyüklər üçün 68,25 dirhəmə (18,6 dollar) və 12 yaşına qədər uşaqlar üçün 52,5 dirhəmə (14,4 dollar) başa gələcək.