Dövlətin "ətəyi": Bərk tutaq ki, ölməyək!-jurnalist Nicat Hüseyin Dağlar
02.07.2020

Sərt karantin rejiminin daha 2 həftə uzadılması ehtimalı cəmiyyətdə müəyyən müzakirələrə səbəb olub. Bəziləri bunun gərəksiz olduğunu, insanlara boş yerə əziyyət verildiyini düşünür. İddia olunur ki, sərt karantin rejimi uzandıqca vətəndaşların sosial vəziyyəti pisləşir, sahibkarlar çətin duruma düşür.

Bəli, həqiqətən də belədir. Həyatımız əzəli axarından çıxıb. Hamı bu və ya digər dərəcədə çətinlik içindədir. Bəs yaxşı, dövlətin hansı itkilərə məruz qaldığını, karantin rejimlərinin iqtisadiyyata hansı zərbələr vurduğunu düşünürükmü? Heç nə demirəm, təkcə ticarət obyektlərinin, istirahər və əyləncə mərkəzlərinin, şadlıq evləri və restoranların işlək vəziyyətdə olmaması dövləti molyonlarla manat vergi yığımlarınadan məhrum edir. Fəaliyəti dayandırılan obyektlərdə çalışmış insanların işsiz qalımasının özü dövlətə əlavə yük deməkdir.

Dövlətin nəyinə lazımdır ki, xəstəxanaları, klinikaları, otelləri, bölgələrdəki istirahət və əyləncə mərkəzlərini, bəzilərinin iddia etdiyi kimi, "boş yerə" adamlarla doldurub öz qayğılarını artırsın, üstəlik də ki, bəzən, "baxmırlar", "dərman vermirlər", "qayğı göstərmirlər" kimi iradlarla qarşılaşsın? Tibb ləvazimatlarının və avadanlıqlarının, eləcə də dərman preparatlarının alınmasına dövlət böyük vəsaitlər xərcləyir.

Neftin dünya bazarlarındakı hazırkı aşağı qiymətinin ölkəni gəlir itkisinə məruz qoyduğu halda dövlət niyə "boş və mənasız yerə" modul tipıi xəstəxanalar tikib öz maliyyə vəziyyətini daha da ağırlaşdırir? Dövlət özünün qəsdinəmi durub? Əlbəttə ki, yox, görülən bütün işlər pandemiyanın yaratdığı vəziyyətə görədir, insanların sağlamlığını qorumaq üçündür.

Sərt karantin rejimi heç bir halda dövlətin marağında deyil və ola da bilməz. Dövlət sərt karantin rejimi tətbiq edirsə, deməli gedişat ürəkaçan deyil, insanların sağlamlığı təhlükə altındadır. Belə bir vəziyyətdə dövlətə minnətdar olmaq, onun müəyyən etdiyi qaydalara əməl etmək, qadağalara tabe olmaq əvəzinə, bəziləri, "əşi boş şeydir", "mənasız qadağalardır" kimi arsız reaksiyalar verib, qanacaqsızlıq nümayiş etdirirlər. Yumşalma istəyən bu adamlar, sabah yoluxma halları, ölüm sayları artanda, yenə dövləti ittiham edəcəklər ki, gərək belə etməyəydi...

Virus ətrafımızı sarıb, az qala hər gün tanıdığımız adamları itiririk. Dövlət xalqın sağlamlığı üçün sərt qərarlar qəbul etmək məcburiyyətindədir. Anlayışla qarşılamalı, qadağağala hamılıqla tabe olmalıyıq. İndi bizim dövləyin "ətəyindən" bərk tutmaqdan başqa yolumuz yoxdur. Deyirlər daha 15 gün əziyyət çəkməlisiz, deməli çəkməliyik.

Çünki bu əziyyət SAĞ QALMAĞIMIZ üçündür!

Visiontv.az