"Domsovet"in koridorlarında sülənən sənət adamlarına fəxri ad yox, töhmət vermək lazımdır-yazıçı Şərif Ağayar
18.09.2020

Yeni komanda ilə formalaşan Mədəniyyət Nazilriyi iki gündü fəxri adlarla əlləşir.

Xüsusi komissiya olacaq, şəffaflıq olacaq. Olmasın, qardaş!  Məhz gic-gic adamlara verin ki, gözdən düşsün və sıradan çıxsın.

Mədəniyyətimizin ən vacib problemi fəxri adların obyektiv verilməsi deyil axı.

Bəlkə, həqiqi fəxri ada layiq görüləcək işlər görmək üçün islahatlar aparaq, müstəqil kino və teatr sektorunun inkişafına kömək edək, iflic vəziyyətdə olan nəşriyyat və kitab industriyasını ölməyə qoymayaq, gənc sənət adamlarının xaricdə təhsilinə diqqət edək və siar və sair.

Mədəniyyətimizi həqiqi sevən adamlar üçün fəxri adların verilməsi heç 40-cı problem də deyil.

Ada-şöhrətə görə "Domsovet"in koridorlarında sülənən sənət adamlarına fəxri ad yox, töhmət vermək lazımdır.

Əbülfəs Qarayevə rəhmət oxutdurmasalar, adımı dəyişəcəm. Hətta qarşıda Vaqif Bəhmənli ziyalılığının möhtəşəmliyi və əvəzolunmazlığı ilə bağlı yazı yazmaq perspektivi də görürəm...

Ayıbdır...

Visiontv.az