Dollarla bağlı qərar verildi: 11 il sonra ilk dəfə...
01.08.2019

ABŞ Federal Ehtiyatlar Sistemi (FED) faiz dərəcəsini açıqlayıb.

VisionTV.az  publika.az-a istinadən xəbər verir ki, FED uçot dərəcəsini 0,25 faiz aşağı salıb.

Bununla da FED 11 il sonra faiz dərəcəsini aşağı salmış olub.

Qeyd edək ki, Donald Tramp prezident seçildiyindən bu yana yüksək faizlərdən şikayət edir və bu vəziyyətin ölkə iqtisadiyyatına zərər verdiyini bildirirdi. Tez-tez FED-i tənqid edən Tramp faiz dərəcəsinin endirilməsini gözlədiyini söyləyirdi.

Trampın bu israrlı mövqeyi və iqtisadi proseslər FED-i faiz dərəcəsinin endiriminə razı salmış oldu.