Prezident İlham Əliyev Davosda Türkiyənin xarici işlər naziri ilə görüşüb
22.01.2020

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsveçrənin Davos şəhərində təşkil olunan 50-ci Dünya İqtisadi Forumu çərçivəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə göruşüb.

Visiontv.az-ın Türkiyə xarici işlər nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Çavuşoğlu görüşdə, Prezident Rəcəb Tayyib Ərdoğanın salamlarını İlham Əliyevə çatdırıb. Prezident Əliyev də öz növbəsində salamlarını prezident Ərdoğana çatdırmağı xahiş edib.  

Görüşdə “bir millət iki dövlət” prinsipinə əsaslanan iki ölkə arasındakı münasibətlərin yüksək səviyyədə inkişaf etdiyi vurğulanıb.