22.09.2020
Axtar
Gündəlik
alt

“Diqlas” Ticarət Mərkəzində yanmamış anbarlar açılır

"Təhlükəsizlik qaydalarına riayət olunması üçün anbarlar açılmırdı" - Şahin Mustafayev

“Diqlas” Ticarət Mərkəzində sahibkarların iştirakı ilə yanmamış anbarların açılmasına başlanılıb.

 İqtisadiyyat naziri Şahin Mustafayev AzTV-nin “Günün nəbzi” verilişinə müsahibə verərkən qeyd edib.  Onun sözlərinə görə, təhlükəsizlik qaydalarına riayət olunması üçün anbarlar açılmırdı:

“Binanın uçması ilə bağlı ehtimallar var idi. Hazırda sahibkarlar orada olan mallarına baxış keçirirlər və yararlı olan malları götürüb yeni mağazalara aparırlar”.

Nazir qeyd edib ki, 20 nəfər sahibkar artıq yeni yer seçib və tezliklə digər sahibkarlar da yeni satış yerlərində fəaliyyətə başlayacaq.

Qeyd edək ki, zərərçəkmiş sahibkarlara maddi yardım göstərilməsi məqsədilə 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan İqtisadiyyat Nazirliyinə ilkin olaraq 3 milyon manat ayrılıb.

İqtisadiyyat Nazirliyi tərəfindən ticarət mərkəzləri ilə aparılmış danışıqların nəticəsində əldə olunmuş razılaşmaya əsasən, ticarət mərkəzində baş vermiş yanğında zərər çəkən sahibkarlara 5 ay icarə haqqı ödənilməmək şərti ilə səkkiz ticarət mərkəzində yer təklif olunub.

Şərh