"Diqlas" ticarət mərkəzi söküləcək- QƏRAR
04.04.2019

Yanğın zamanı 400-dən çox sahibkara maddi zərər dəyib.

"Diqlas" ticarət mərkəzi söküləcək. Bu barədə Fövqəladə Hallar nazirliyinin mətbuat şöbəsindən məlumat verilib.

Məlumata görə, mütəxəssislər tərəfindən verilmiş rəyə əsasən, "Diqlas" ticarət mərkəzi söküləcək.

Xatırladaq ki, mart ayının 26-da Nizami rayonunda yerləşən "Diqals" Ticarət Mərkəzində yanğın olub. Mütəxəssislər tərəfindən verilmiş rəyə görə, ticarət mərkəzinin binasının təməli zədələnib, dəmir konstruksiya deformasiyaya uğrayıb.

Yanğın zamanı 400-dən çox sahibkara maddi zərər dəyib.