Dinozavra bənzəyən balıq tutuldu - Şok görüntü
17.09.2019

Dənizin 800 metr dərinliyində yaşayır

Norveçdə bir balıqçının tutduğu qəribə görünüşlü balıq hər kəsin marağına səbəb olub. Daha öncə rast gəlinməyən özəlliklərə sahib balıq çox keçmiş zamanlardan günümüzə gəlib çıxmış kimi görünür.  

VisionTV.az aznews.az-a istinadən xəbər verir ki, Norveçin Andoya adasında balıq ovlayan 19 yaşlı gənc balıqçı Oscar Lundahl tilovuna düşən balığı görəndə heyrətə gəlib. Daha öncə tutduğu heç bir balığa bənzəməyən balığın forması dinozavr quyruğunu xatırladır. Gözləri başı ilə demək olar ki, eyni boydadır.

Dənizin 800 metr dərinliyində yaşayan bu balıq 300 milyon il öncə yaşamış köpək balığı ailəsinə aiddir.