DİN: "Narkotiklə mübarizə əməliyyatları kampaniya xarakteri daşımır"
23.10.2021

Son on gündə Suraxanı rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 48 nəfər polisin keçirdiyi tədbirlərlə tutularaq istintaqa cəlb edilib.

Bu barədə DİN-in Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

Onun sözlərinə görə, keçirilən əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri kampaniya xarakteri daşımır. Bu istiqamətdə bütün ölkə miqyasında daxili işlər orqanlarının əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

Visiontv.az