Dərslərin sentyabrın 15-dək təxirə salınması xəbərlərinə - RƏSMİ AÇIQLAMA
01.04.2020

“Bu gün sosial şəbəkələrdə Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən guya dərslərin sentyabrın 15-dək təxirə salınması ilə bağlı yayılan xəbər yanlışdır”.

Visiontv.az “Report”a istinadla xəbər verir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.

Onun sözlərinə görə, bu cür yanlış xəbərlərin yayılması cinayət tərkibi yaradır: “Rəsmi qurumların xəbərlərinə istinad edin, doğrusunu bizimlə bölüşün”.