Deputatlığa namizədlərin sayı 1047 nəfərə çatıb
13.01.2020

Azərbaycanda 2020-ci ilin fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2431 nəfər müraciət edib.

Visiontv.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında bildirib.

MSK sədri deyib ki, müraciət edən şəxslərin 2358 nəfərinin namizədliyinin irəli sürülməsi artıq təsdiqlənib: “Onlardan 2247 nəfəri imza vərəqələrini artıq götürüb, 1772 nəfəri imza vərəqələrini qaytarıb, 1047 nəfərin isə deputatlığa namizədliyi  qeydə alınıb”.

 

M. Pənahov qeyd edib ki, namizədliyi qeydə alınan şəxslərin 299 nəfəri 19 siyasi partiyanın irəli sürdüyü namizədlər siyahısında olan şəxsdir: “11 nəfərin namizədliyi təşəbbüs qrupları, 1461 nəfərin namizədliyi isə öz təşəbbüsü ilə irəli sürülüb”.