Dənizçilərin hüquqlarını biz qoruyacağıq-gəmi kapitanı, şair Faiq Balabəyli
01.06.2020

Dənizçilərin Hüquqlarının Müdafiəsi İctimai Birliyi Ədliyyə Nazirliyinin Baş Notariat idarəsi tərəfindən qeydiyyata alınıb.

Bu haqda visiontv.az-a Birliyin sədri, ADXG QSC XDND idarəsinin gəmi kapitanı, şair Faiq Balabəyli məlumat verib.

“Doğma Xəzərdə və dünyanın bütün sularında üzən dənizçilərimizə sevindirici xəbər!
Dənizçilərin Hüquqlarının Müdafiəsi İctimai Birliyi (Yeni adı Dənizçilərə Sosial Dəstək İctimai Birliyi) Ədliyyə nazirliyinin baş notariat idarəsində qeydiyyatdan keçdi.
Biz sizinləyik, biz sizə dəstək olmaq üçün, problemlərinizin həlli üçün bacardıqlarımızı etmək üçün gəldik.”