Daşqın Rəcəbli ölkə başçısı tərəfindən təltif edilib
04.07.2022

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları təltif edilib

Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan diasporu ilə iş sahəsində dövlət siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətinə görə bir qrup şəxs təltif edilib.

Təltif edilənlər arasında Diasporla İş üzrə Dövlət Komitəsi Aparatının rəhbəri Daşqın Rəcəbli də var.  

Belə ki, Daşqın Rəcəbli ölkə başçısının sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.

Visiontv.az