Dahi bəstəkarımız, Xalq artisti Cahangir Cahangirovun anım günüdür.
Dahi bəstəkarımız, Xalq artisti Cahangir Cahangirovun anım günüdür.
25.03.2023 MEDİA Tərəfindən

25 mart tarixi, dahi bəstəkar, pedaqoq, Xalq artisti Cahangir Cahangirovun anım günüdür.

Cahangir Cahangirov 20 iyun 1921-ci ildə Bakı anadan olub, musiqi təhsilini ilkin olaraq Asəf Zeynallı adına Bakı Musiqi məktəbində, daha sonra Azərbaycan Dövlət Konservatoriyasında alıb.
 
Bəstəkar Cahangirovun yaradıcılığı geniş və çoxşaxəlidir. Müxtəlif musiqi janrlarında əsrarəngiz əsərlər yaradan bəstəkar xalqın musiqi zövqünü zənginləşdirib, ruhunu qidalandırıb. Sevilən bəstəkarın ən möhtəşəm, şah əsəri "Füzuli" kantatası sayıla bilər. O, kantatada şairin daxili aləmini musiqi dili ilə mükəmməl ifadə edə bilib.
 
Onlarla sevilən mahnı, simfonik əsər, kantata, xor musiqisivə operanın müəllifi olan C.Cahangirov xalq tərəfindən sevilib, müxtəlif fəxri adlarla təltif olunub.
 
Cahangir Cahangirov 25 mart 1992-ci ildə 72 yaşında dünyasını dəyişib.

Visiontv.az