Daha bir GƏNC qız İTKİN düşdü!
16.05.2019

Bakıda 18 yaşlı qız itkin düşdü

Bakıda gənc qız itkin düşüb.

Visiontv.az xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində baş verib.

Bakıxanov qəsəbəsi, Ş.Kamilov küçəsi 15/74, mənzil 100-də yaşayan, 2001-ci il təvəllüdlü Quliyeva Firəngiz Telman qızı mayın 13-də yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır./xezerxeber.az