Daha 56 nəfər koronavirusa yoluxdu
15.04.2020

“28 fevraldan 12 aprelə qədər fasiləsiz neqativ tendensiya müşahidə olunurdu. 12 apreldən etibarən isə sağalmanın tendensiyasında artım oldu və bunu pozitiv adlandırmaq olar”.

Visiontv.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu gün Azərbaycanda daha 56 nəfər koronavirusa yoluxub, 53 nəfər isə sağalıb.

Hazırda 836 nəfərin müalicəsi davam etdirilir:

"1 apreldən etibarən xüsusi karantin rejiminin yeni mərhələsi başlamışdı. Artıq 14 gün geridə qaldı və pozitiv tendensiya müşahidə olunmağa başlayır.

Amma pozitiv dinamikanı tam olaraq tutduğumuzu deyə bilmərik. Son 5 gündə neqativ və pozitiv tendensiya bir-birini izləyir".