Daha 21 şagird koronavirusa yoluxub
14.10.2020

Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb.

Nazirlikdən Visiontv.az-a bildirilib ki, 15 şagirdin hərarəti normadan 2 dərəcə yuxarı olub.

Daha 21 şagird və 12 işçidə koronavirus aşkarlanıb.

Distant təhsilə keçmiş siniflərin sayı 3, məktəblərin sayı isə 7-dir.

Əyani təhsilə qaytarılmış məktəblərin sayı 1-dir.

İndiyə qədər ölkə üzrə 30 məktəb, 55 sinifdə tədris dayandırılıb və distant təhsilə keçirilib.