“Bu gün daha 120 Azərbaycan vətəndaşının Rusiyadan Vətənə qayıtması təmin olunub”.
Visiontv.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Rusiya Azərbaycanlıları İttifaqının vitse-prezidenti Elnur Hüseynov bildirib:
“Hazırda 120 nəfər Rusiya-Azərbaycan sərhədini keçib. Azərbaycana qayıtmaq istəyənlər yenə də var. Amma yaranmış vəziyyəti nəzərə almaq, çətinliklərə anlayışla yanaşmaq lazımdır”.
O qeyd edib ki, hazırda Rusiya ilə sərhəddə toplaşan 619 nəfər Azərbaycana keçmək istəyir.