Dağıstanda qalan azərbaycanlılar tezliklə ölkəyə gətirilməsə onların koronovirusa yoluxma ehtimalları artacaq-deputat Nəsib Məhəməliyev-VİDEO
08.06.2020

Dünən rusiyalı ictimai fəal, siyasi icmalçı Ruslan Qurbanov bizə Dağıstanın Məhərrəmkənd bölgəsində çadır şəhərciyində yerləşdirilən azərbaycanlılar barəsində video məlumat göndərmişdi.

Visiontv.az xəbər verir ki, məlumatda bildirilirdi ki, Dağıstanın Məhərrəmkənd bölgəsində çadır şəhərciyində yerləşdirilən azərbaycanlılar vətənə qayıtmaq üçün etiraz olaraq aclıq aksiyası keçirirlər. Vəziyyətləri olduqca acınacaqlıdır. Biz də təbii ki, bu məsələni ictimailəşdirərək müvafiq orqanların diqqətinə çatdırmağa çalışdıq. O cümlədən millət vəkillərinə də müraciət etdik. Müraciətimizə ilk reaksiya verən millət vəkili Nəsib Məhəməliyev Dağıstandan Azərbaycana keçə bilməyən azərbaycanlıların vəziyyəti barədə ona da məlumatların gəldiyini bildirdi: “Rusiya Federasiyasının Dağıstan Respublikası ilə Azərbaycan sərhədində yaranmış vəziyyətlə bağlı sosial şəbəkələr vasitəsilə mənə də müraciət ünvanlanmışdır. Doğrudan da soydaşlarımızın antisanitariya şəraitində, torpağın üstündə, ümidlə, sərhədin açılmasını gözləmələri yaxşı hal deyi. Orada minlərlə adamın olduğu barədə fikirlər səsləndirilir. Ancaq videoyazıdan görünən odur ki, maksimum 250-300 nəfər toplaşmışdır. Hesab edirəm ki, onların vaxtında ölkəyə gətirilməsi təşkil olunmasa, heç bir sosial məsafə saxlamadan, gigiyenik qaydalara riayət etmədikləri üçün, onların koronovirusa yoluxma ehtimalları artacaq. Seçildiyim Balakən rayonunda keçmiş bələdiyyə sədri vəfat etmişdir. Onun oğlu isə atasının dəfnində iştirak etmək üçün sərhədə gəlmiş, ancaq yaranmış vəziyyətə görə ölkəyə daxil ola bilmir. Onun düşdüyü vəziyyəti anlamaq çətin deyil. Düşünürəm ki, aidiyyəti orqanlar karantin rejimini tətbiq etməklə, həmvətənlərimizin ölkəyə daxil olması üçün şərait yaratmalıdırlar. Azərbaycan, koronovirusla mübarizə istiqamətində gördüyü işlərə, imkansız dövlətlərə göstərdiyi yardımlara görə, dünya miqyasında nümunəvi ölkə olaraq tanınmışdır. Sizin vasitənizlə, nazirlər kabineti yanında fəaliyyət göstərən operativ qərargahdan xahiş edirəm ki, bu məsələnin müsbət həlli üçün səylərini əsirgəməsin. Son ayların ən gözəl, reallıqda özünü təsdiq etmiş şüar; Biz birlikdə güclüyük”.


Bizdə öz adımızda müvafiq qurumlara bird aha müraciət edirik. Dağıstan sərgəddində qalan azərbaycanlıların vəziyyəti doğurdan acınacaqlı həddə çatıbdir. Ölçü götürməyin, onların Azərbaycana qaytarmağın vaxtı çoxdan çatıbdır. Bu çətin dövürdə vətəndaşınıza sahib çıxın.