COVID-19-a qarşı peyvəndin gələn ilin aprelinə hazır olacağı gözlənilir - TƏBİB
19.11.2020

“Hələlik koronavirusa qarşı hansısa peyvəndin hazır olmasından söhbət getmir”

Visiontv.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi brifinqdə Operativ Qərargahın üzvü, TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva bildirib.

“Peyvəndin gələn ilə, gələn ilin aprelinə hazır olacağı gözlənilir”, - deyə TƏBİB rəsmisi qeyd edib.