Çində koronavirusdan ölənlərin sayı 1368-ə, yoluxanların sayı 59,8 minə çatıb
13.02.2020

Çində yeni növ koronavirusdan (COVID-19) ölənlərin sayı artmaqda davam edir.

Visiontv.az-ın TASS-a istinadən verdiyi məlumata görə, fevralın 13-nə olan məlumata əsasən ölənlərin sayı 1368 nəfərə çatıb, indiyədək 59,8 min nəfər bu virusa yoluxub. Yoluxanlardan 5963 nəfəri sağalıb.

Rəsmi nəticələrdə koronavorusdan ölüm göstəricisi 2,28% təşkil edir.

 

Yeni növ koronavirusa yoluxma səviyyəsinə görə Hubey vilayəti ilk yerdədir. İndiyədək burada 48,2 min nəfərdə yoluxma qeydə alınıb, onlardan 1310 nəfər ölüb, 3441 nəfər sağalıb.

Paytaxt Pekində isə 366 nəfərdə bu virus aşkarlanıb, onlardan 3 nəfər ölüb, 68 nəfər sağalıb.