Çində koronavirus yayılan ərazidən gələn 12 nəfər xüsusi ayrılmış tibb müəssisəsində saxlanılır - RƏSMİ
11.02.2020

Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi birgə məlumat yayıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Visiontv.az-a verilən xəbərə görə, Kliniki Tibbi Mərkəzin məlumatına əsasən, fevralın 11-i üçün yoluxucu xəstəliklər şöbəsində 1 nəfər qalıb.

Xəstəxanada qalan Azərbaycan vətəndaşıdır səhhətində ciddi problem yoxdur. Həkim müşahidələri davam edir: "Bir daha qeyd edirik ki, bu adam Çinin koronavirus qeydə alınmayan şəhərində olub. Onun xəstə şəxslərlə kontaktı olmayıb.