Çin, Nümayəndələr Palatasının spikeri Nensi Pelosiyə və onun qohumlarına qarşı sanksiya tətbiq edib
Çin, Nümayəndələr Palatasının spikeri Nensi Pelosiyə və onun qohumlarına qarşı sanksiya tətbiq edib
05.08.2022 MEDİA Tərəfindən

Çin rəsmisi Tayvana səfərinə görə ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi və onun yaxın ailəsinə qarşı sanksiyalar tətbiq etdiyini açıqlayıb. Bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Çinin ciddi narahatlığına və qəti müqavimətinə məhəl qoymayan ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Tayvan bölgəsinə səfər etməkdə israr edib. Bu, Çinin daxili işlərinə kobud müdaxilədir", - XİN bildirib.

Nazirlik hesab edir ki, Pelosinin səfəri “Çinin suverenliyinə və ərazi bütövlüyünə ciddi zərbə vurur, Tayvan boğazı regionunda sülh və sabitliyi ciddi şəkildə təhdid edir: “Pelosinin açıq-aşkar təxribatına cavab olaraq, Çin ölkənin müvafiq qanunlarına uyğun olaraq Pelosi və onun yaxın ailəsinə sanksiya tətbiq etmək qərarına gəlib”.

visiontv.az