Çin lideri Putindən xahiş edib ki, Olimpiyada vaxtı Ukraynaya hücum etmə
Çin lideri Putindən xahiş edib ki, Olimpiyada vaxtı Ukraynaya hücum etmə
22.01.2022 Elxan Şahinoğlu Tərəfindən

“Bloomberg” agentliyinin məlumatına görə, Çin lideri Tsi Tsinpin dostu Rusiya prezidenti Vladimir Putindən xahiş edib ki, Pekində 4-20 fevral tarixlərində keçiriləcək qış olimpiadası dövründə Rusiya ordusu Ukraynaya hücum etməsin. Yəni Çin lideri dostuna demək istəyib ki, “qoy olimpiadanı rahat keçirək, sonra Ukrayna ilə nə edirsən et”.

Çin liderinin narahatlığı anlaşılandır. Putin olimpiada dövründə Ukraynaya hücum qərarı verərsə beynəlxalq aləmin diqqəti olimpiadadan müharibəyə yönələcək. Bu isə olimpiadaya marağı azaldacaq. Putinin çinli dostuna hörməti var, ancaq 2008-ci ildə Rusiyanın Gürcüstana hücumu da Pekində keçirilən yay olimpiadası günlərinə təsadüf etmişdi. Rusların yaxşı atalar sözü var: «Дружба дружбой, а служба службой». Başqa sözlə Kreml sahibi gərək bildiyi halda “olimpiada dövründə müharibə olmaz” tezisini diqqət yetirməyə də bilər, onun belə bir təcrübəsi var.

Elxan Şahinoglu

Visiontv.az