Çin hökumətindən İNANILMAZ AÇIQLAMA: Koronavirusu bu ölkə yayıb
17.03.2020

“Koronavirusu Çinin Uhan şəhərində ABŞ ordusunun yaydığı istisna deyil. Şəffaf olun. Məlumatlarınızı ictimaiyyətə açıqlayın. ABŞ bizə açıqlama vermək məcburiyyətindədir”.

Visiontv.az Publika.az-a istinadən xəbər verir ki, Çinin Xarici İşlər Nazirliyinin mətbuat katibi Kao Lusien sosial media hesabında belə yazıb. O, hələ bir neçə ay əvvəl ABŞ-dan olan həkim Robert Redfieldin bəzi amerikalıların “Kovid-19”virusundan öldüyü barədə açıqlamasını xatrıladıb.

Qeyd edək ki, ABŞ-ın koronavirusu “Uhan virusu” adlandırması Çinin etirazına səbəb olub. Rəsmi Pekin bəyan edib ki, virusun ilk olaraq Uhan şəhərində meydana çıxması onun mənbəyinin Çin olduğu anlamına gəlmir.