CHP-nin lider problemi
CHP-nin lider problemi
30.05.2023 Elbəyi Həsənli Tərəfindən

CHP Kemal Kılıçdaroğlunun liderliyində növbəti dəfə seçkini uduzdu. Həm parlament, həm də prezident seçkisində məğlubiyyətlə üzləşdi. Gələn ilin martında Türkiyədə bələdiyyə seçkiləri keçiriləcək. CHP kemal Kılıçdaroğlu ilə bu seçkiyə gedə bilməz. Çünki bu, növbəti və daha biabırçı məğlubiyyət deməkdir. Şübhəsiz ki, CHP camesi bunun fərqindədir və Kemal Kılıçdaroğlunu gənc və perspektivli liderlə əvəzləməlidir.

1955-ci il doğumlu Mansur Yavaş və  1971-ci il doğumli Ekrem İmamoğlu  CHP lideri olmağa daha şanslı görünür. Bu ikisi arasında Mansur Yavaşa üstünlük verərdim, ancaq  Ekrem İmamoğlunun şansı daha çoxdur, deyə düşünürəm. Məncə, CHP lideri bir xanım siyasətçi olsa, daha yaxşı olardı...

CHP lider problemini mümkün qədər tez həll etməlidir. Əks təqdirdə, Türkiyə müxalifəti bələdiyyə seçkilərini də əldən verəcək. Xüsusi ilə İstanbul və Ankara kimi strateji şəhərlər yenidən AKP-nin nəzarətinə keçə bilər...

Elbəyi Həsənli

Visiontv.az