Ceyhun Bayramov bu gün Vaşinqtonda Mayk Pompeo ilə görüşəcək
23.10.2020

Oktyabrın 23-də Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun Vaşinqtonda ABŞ-ın Dövlət katibi Mayk Pompeo ilə görüşünün keçirilməsi nəzərdə tutulur.

Visiontv.az ABŞ Dövlət Departamentinin saytına istinadən xəbər verir ki, görüş ABŞ vaxtilə səhər 09:30-da olacaq. Görüşdə Dövlət katibinin müavini Stiven Beqan da iştirak edəcək.

Daha sonra isə Pompeo Mantsakanyanla görüşəcək.