Cəbhə bölgəsində 1221 məktəb distant təhsilə keçib - Təhsil naziri
16.10.2020

“Sentyabrın 27-dən Ermənistan silahlı qüvvələri Azərbaycana hücuma başlayıb”.

Visiontv.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Təhsil naziri Emin Əmrullayev bildirib.

Təhsil naziri deyib ki, bu səbəbdən hazırda cəbhə bölgəsində yerləşən 1221 təhsil müəssisəsi distant təhsilə keçib: “Ermənistanın hücumu nəticəsində 3 şagird həlak olub, 15 şagird xəsarət alıb”.