Çaylarda suyun səviyyəsi yenə dəyişdi
29.01.2019

Respublikanın çaylarında bəzi məntəqələrdə suyun səviyyəsində artım, bəzi yerlərdə isə azalma müşahidə olunub.

Respublikanın çaylarında bəzi məntəqələrdə suyun səviyyəsində artım, bəzi yerlərdə isə azalma müşahidə olunub.

Visiontv.Az Trend-ə istinadən bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 110-160, Kiçik Qafqazın çaylarında 40-120, Lənkəran-Astara bölgəsi çaylarında isə 60-80 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, yanvarın 28-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 100 kub/s olmaqla ongünlük normanın 64 faizini təşkil edir. 2018-ci ildə isə bu rəqəm 182 kub/s olmaqla ongünlük normanın 116 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 53,0 kub/s olmaqla, ongünlük normanın 79 faizini təşkil edir. 2018-ci ildə isə bu göstərici 69 kub/s təşkil edərək ongünlük normanın 103 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, yanvarın 28-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 2, Şirvanda 4, Salyanda 8, Araz çayının Novruzlu məntəqəsində 3 sm azalma qeydə alınıb, Bankə məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 418 sm (2018-ci il yanvarın 28-də 392 sm), Şirvanda 299 sm (2018-ci il yanvarın 28-də 251 sm), Salyanda 257 (2018-ci il yanvarın 28-də 193 sm), Bankədə 235 sm (2018-ci il yanvarın 28-də 213 sm), Araz çayının Novruzlu məntəqəsində isə 135 sm (2018-ci il yanvarın 28-də 122 sm) təşkil edir.