Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu və onun rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.
Visiontv.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Nazirlər Dağlıq Qarabağ münaqişəsi, Suriya və Liviya mövzusunda fikir mübadiləsi aparıblar.