31.05.2020
Axtar
Ölkə
alt

Cavanşir Quliyev “VƏTƏN ÖVLADI” QIZIL ORDENİ ilə təltif edilib

Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, görkəmli bəstəkar Oğuznamə, Kitabi Dədə Qorqud baletlərinin müəllifi Cavanşir Rəhim oğlu Quliyev 70 illik yubileyi münasibəti ilə “VƏTƏN ÖVLADI” QIZIL ORDENİ ilə təltif edilmişdir.

Bəstəkarlıq çox çətin və şərəfli peşədir! Cavanşir Quliyev cağdaş Azərbaycan bəstəkarlıq məktəbinin ən istedadlə və çalışqan , öz dəsti xətti olan nümayəndələrindəndir. Onun yaratdığı əsərlər, janrından və tutumundan aslı olmayaraq ,milli musiqi mədəniyyətimizdə yeni söz, yeni tapındı, yeni nəfəz və tərafət kimi dəyərləndirilir. Bəstəkar Cavanşir Quliyev 1950-ci il noyabrın 22-də Şəkidə anadan olub. O, 1975-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) bəstəkarlıq fakültəsini bitirib. Diplom işi kimi "Birinci simfoniya"sını yaradıb. 1978-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında, 1994-cü ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim kimi çalışıb. 1990-1993 illərdə Azərbaycan Dövlət Konsert Birliyinin bədii rəhbəri olub. 1980 – 1998 illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında – Bakı Musiqi Akademiyasında, 1994 – 2003 illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim işləyib. Paralel olaraq 1992-ci il sentyabr ayının 1-dən 2005 ilə qədər Akademik Milli Dram Teatrında musiqi hissə müdiri işləyib. 2003-cü ildən Azərbaycən Milli Konservatoriyasının dosenti, 2005-ci ildən professoru, 2005-ci ildən – Şimali Kipr Türk Respublikasının Yaxın Şərq (Yakın Doğu) Universitetinin Səhnə Sənətləri fakültəsinin professorudur.

Cavanşir Quliyev "Məhəbbət oyunu" və "Yeddi məhbusə" operettaları, dörd simfoniyanın, simfonik orkestr və zurna üçün" Uvertüranın", iki simli kvartetin, nəfəsli alətlər üçün kvartetin, skripka və saz üçün sonatanın, violonçel, fleyta və saz üçün "Karvan" musiqi əsərinin, simli orkestr üçün "Dastan" əsərinin, 300-ə yaxın teatr və televiziya tamaşalarının, 8 bədii və 25 sənədli filmə yazılmış 1000-ə yaxın mahnının, müxtəlif həcmdə kamera-instrumental və xor musiqisinin müəllifidir. Cavanşir Quliyevin əsərləri dinləyənlər tərəfindən böyük maraqla qarşılanmış, bəyənilmişdir. Cavanşir Quliyevin bəstələdiyi bir sıra əsərləri Avropanın çeşidli ölkələrində və Amerikada ifa olunaraq, böyük rəğbət qazanmışdır. Xalq və ənənəvi professional müsiqidən qaynaaqlanan bəstəkarın bütün əsərlərində müasir insanın möhtəşəm varlığına və Vətənə, Türk dunyasına olan böyük sevgisi , bu yaradıcılıq kredosu özünü qabarıq formada büruzə verir. Hər bir bəstəkarın və müsiqi ifacısının öz rəngi və fəsli olur. Cavanşir Quliyev müsiqisində əlvan rənglər, bahar təravəti var. Bahar başlanğıc, yaranış, aşaıb daşan sevgi və vurluqdur. Sadəcə, saf və gözəl Azərbaycan müsiqisi! Bu əsərləri yaradarkən bəstəkarın “Oğuznamələrdən”, ”Dədə Qorquddan” ilhamlanması, duyğulanması Canaşir Qulievin bəşəri keyfiyyətləri, Türk dünyasına ,Vətəni Azərbaycana olan böyük sevgisindən istisna deyil! Cavanşir Quliyev müasir Azərbaycanın ilk hərbi marşının müəllifidir. Şübhəsiz Uzeyir Hacıbəyov məktəbi keçmiş Cavanşir Quliyevin müəllimi görkəmli bəstəkar Soltan Hacıbəyov bu gün həyatda olsaydı tələbəsinin yaradıcılıq uğurlarından qururlanardı!

Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Oğuznamə, "Kitabi Dədə Qorqud” baletlərinin müəllifi Cavanşir Rəhim oğlu Quliyevin 70 –illik yubiley ilə əlaqədar olaraq, onun Azərbaycan milli musiqi mədəniyyətinə verdiyi töhfələr, Dünya Azərbaycanlıları və Türk dünyasında Azərbaycan müsiqisinin təbliğində olan fəaliyyəti Dədə Qorqud Milli Fondu və “Azərbaycan Dünyası “ Beynəlxalq Dərgisinin, Dünya Azərbaycanlılarının qərarı ilə “VƏTƏN ÖVLADI” QIZIL ORDENİ ilə təltif olunmüşdur. Təbrik edirik! Yaradıcılıq uğurları arzulayıtiq!

Eldar İsmayıl

Dədə Qorqud Milli Fondunun rəhbəri, “Azərbaycan Dünyası” Beynəlxalq Dərgisinin baş redaktoru

Visiontv.az

 

Şərh