Müğənni Cavanşir Məmmədov müzakirələrə səbəb olan açıqlama verib.
Visiontv.az xəbər verir ki, "Tarixin bir günü" proqramına dəvət olunan sənətçi müğənnilərə yardım etmək üçün pul yığılmalı olduğunu bildirib:
"Müğənnilər üçün bankda hesab açılmalıdır. Məsələn, Cavanşir Məmmədov "Xalq artisti" olmaq istəyir, xidmətlərim buna yol verir. 10 milyon millətimiz var. 5 milyonu kənara qoyaq, qalan beş milyon 50 qəpikdən 5, 10 minə qədər, gücü nəyə çatırsa, hesaba köçürsün.
Hesabda 5 milyon yarandıqdan sonra Mədəniyyət Nazirliyinin balansında olsun. Sənət adamları xəstələnəndə həmin pul ona xərclənsin. Demir, filan müğənnini sevirəm, ona 50 qəpik, 1 manat verəndə dünya dağılır? O pul yığılandan sonra təsdiq edir ki, müğənnini sevirlər".
Cavanşir Məmmədovun bu sözləri sosial şəbəkələrdə yayılaraq tənqid atəşinə tutulub.
BAKU.WS