Budapeştdə turist gəmisi çevrildi - 33 turist Dunaya düşdü..
30.05.2019

Budapeştdə Dunay çayında turistləri aparan gəmi qəzaya uğrayıb.

Vision TV  Trend-ə istinadən bildirir ki, insident nəticəsində azı 7 nəfərin öldüyü bildirilir.

Hadisə iki gəzinti gəmisinin toqquşması nəticəsində baş verib.

Polisin verdiyi məlumata görə, qəza anında gəmidə ümumilikdə Cənubi Koreyadan olan 33 turist və 2 ekipaj üzvü olub.

Hadisədən sonra 7 nəfəri xilas etmək mükün olub. 21 nəfərin taleyi isə hələlik məlum deyil.

Axtarış-xilasetmə işləri hələ aparılır. Havanın yağışlı və soyuq olması axtarışları çətinləşdirir.

Cənubi Koreya hökuməti həlak olanlar arasında vətəndaşlarının olduğunu təsdiq edib.