Bu xəstəliyi olanlara dondurma yemək olmaz – SİYAHI
16.06.2019

Həkimlər bildirir ki, bu xəstəliyi olanlara dondurma qəti qadağandır.

İsti aylarda dondurmanın ləzzəti və sərinliyindən ləzzət alan insanların bəzilərinə üzücü xəbərimiz var. Həkimlər bildirir ki, bu xəstəliyi olanlara dondurma qəti qadağandır.

VisionTv.az medicina.az-a istinadən  həmin siyahını təqdim edir:

-Diabet xəstələri - dondurmadakı şəkər qanda uzun müddət tədricən qalxır və qalır
-Mədəaltı vəzi iltihabı olanlar - dondurmada olan həm müxtəlif yağlar, həm maddələr, həm də soyuqluğu bu orqanı sıradan çıxarır
-Öd kisəsi iltihabı olanlara

-Qanda xolesterin səviyyəsi yüksəkdirsə
-İsti yeməkdən sonra dondurma yemək - mədə və bağırsaqda spazmlar yaradır
-Miqreni, baş ağrısı olanlar - dondurma damarlara spazm verir
-Beyin qan dövranı pozğunluğu olanlara

-Dişlərində karies olanlar - diş məhv olur, diş kökündə iltihab yaranır
-Ürəyin işemik xəstəliyi olanlar - dondurma damarları sıxır
-3 yaşa kimi uşaqlara

-Laringit, faringit, haymorit olanlar
-Boyun limfaları şişənlər

Dondurma həftədə 2 ədəddən artıq yeyilməməlidir. Bu norma sağlam adamlara aiddir.