Bu tarix hər bir azərbaycanlının şərəf, qürur günüdür - Allahşükür Paşazadə
27.09.2021

30 illik həsrətdən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu torpaqlarımızı düşməndən azad etdi. Bunu Təzəpir məscidində keçirilən Anım Günü tədbirlərində Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə deyib.

A.Paşazadə bu tarixi qələbə qəhrəman şəhidlərimizin qanı bahasına əldə olundu: “Azərbaycan xalqı daim şəhidlərin xatirəsini əziz və uca tutur. Biz də bu gün şəhidlərimizin xatirəsini andıq, onların ruhuna dualar oxuduq”.

QMİ sədri bildirib ki, bu tarix hər bir azərbaycanlının şərəf, qürur günüdür: “Azərbaycan xalqı 2020-ci il 27 sentyabrda illərlə işğalda olan torpaqlarını azad etmək, sahib çıxmaq üçün haqq mübarizəsinə başladı. Azərbaycan vətəndaşları dinindən asılı olmayaraq canlarını fəda etdilər, bu gün onları rəhmət duaları ilə yad edirik, ailələrinə, doğmalarına başsağlığı veririk, qazilərə şəfa diləyirik”.

Visiontv.az