Bu sarayı da mənim adıma yazmayın - Putin
06.03.2021

Rusiya Prezidenti Vladimir Putin Leninqrad vilayətinin Novopolye şəhərindəki reablitasiya mərkəzinin binası ilə bağlı zarafat edib.

Visiontv.az xəbər verir ki, Putin bununla bağlı “Biz birlikdəyik” Ümumrusiya qarşılıqlı yardım aksiyasının iştirakçıları ilə görüşündə danışıb.

Leninqrad vilayətindən olan könüllərdən biri videoəlaqə zamanı Putini reablitasiya mərkəzinin açılışına dəvət edib.

Putin isə “Daha bir saray görünür. Yaxşı, gələrəm, amma bu sarayı da mənim adıma yazmayın”, - deyə zarafat edib.