Bu ölkədə COVID-19-a görə küçəyə çıxanlar 2 min avro cərimələnəcək
16.03.2020

Bu günə kimi 860 nəfərin COVID-19 virusuna yoluxduğu Avstriyada küçəyə çıxmaq qadağan olunub.

Visiontv.az xəbər verir ki, buna səbəb ölkədə yayılan koronavirusun epidemiyasının qarşısını almaqdır.

Avstriya hökumətinin müraciətində qeyd olunub ki, yerli vətəndaşlar yalnız məhsul almaq, aptekə getmək üçün, başqalarına kömək etmək üçün və ya ən zəruri hallarda tək halda çölə çıxa bilərlər.

Qaydalara riayət etməyən şəxsləri 2 180 avroyadək cərimə gözləyəcək.

Qeyd edək ki, bu günə kimi Avstriyada COVID-19 virusuna 860 nəfər yoluxub. Onlardan 1 nəfəri ölüb, 6 nəfər isə sağalıb.