Bu müğənnilər isə... səhnəyə gələn gündən... VERƏ-VERƏ GƏLİRLƏR -Aydın Canıyev
07.08.2020

VER...məyə təşəkkürlü olmağın fəziləti və yaxud nankorluq yaxşı keyfiyyət deyil!

nə fb-dən aralanmağa qoyurlar, nə şəhərdən )))

bir gecə bir gün şəhərdə olmamışam, məlum olub ki, AZAL-ın təyyarələrini dövlət alıbmış, AZAL-ın gəliri yoxmuş!
bu heç!
buna dözmək olar e, dözülməyəsi bizim müğənniləri topa tutmaqlarıdır!

a bala, bu müğənnilər:
- sizin üçün oxuyur? Oxuyur!
- Soyunur? Soyunur!
- Hara, haçan deyirsiniz, gəlir... balalarınızın sünnət toyundan ta hənayaxdısında oxumağaycen? Gəlir!

Ən başlıcası... istedadlarından zövq alırsınız? Alırsınız!

Səsindən məst olursunuz? Olursunuz! Bunlar olmayanda da

"bojiy prelest"lərindən ağzınız sulanır? Sulanır!

Nələri var, ar-abır, "qiryət-namıs" deməyib, hər şeyindən və şeyindən keçirlər sizin kayfınız üçün? Keçirlər (söhbət ortada olan və topa tutulanlardan gedir, əlbəttə! hamı özünə götürməsin)!

Bəs siz nədən keçirsiniz?

Heç nədən! Aylıq 18 manat internetə veribsiniz, limitsiz hamısına baxırsınız, eşidirsiniz! İnsafınız olsun da bə!

Bu müğənnilər isə... səhnəyə gələn gündən... VERƏ-VERƏ GƏLİRLƏR - min zülmlə ortaya qoyduqları səs nümayişi hesabına qazandığı pulu sizin "yetimçə" ixtisaslıları saxlamağa xərcləyirlər: bəstəkara VER, studiyaya VER, oranjemançıya VER, "muzıkant"lara VER, telekanallara VER, prodüsserə VER, müxbirlərə VER, kiminsə yubileyidi, dövlət keçirir konsert... VER, vergiyə VER, VERMƏDİKLƏRİ yer və nəsə qalmır, sizin VERDİYİNİZ də cəmi-cümlətanı puldur, o pula görə də DƏYƏR VERməyə gələndə başlayırsınız e...
olmadı ki...
heç nə etməyən - faydası olmayan ALan MOLLASIna səcdə edirsiniz, VERən MÜĞƏNNİsini söyürsünüz!

Noolub, ala?

Onlara bir dəfə Allah SƏS VERİB, bəxtinə düşənin də bir-ikisinə ya həci verib, ya nazir, ya molla... bir dəfə!
Elə hey VERirlər bu MÜĞƏNNİlər sizə - konsert, pul, şəkillərdə poza... nə istəyirsiniz axı?

Ayda bir dəfə İnternetə - Marka, Bil Qeytsə pul verirsiniz, davasını müğənnilərlə niyə aparırsınız ki?
Adam nankor olmaz - müəlimə pul verirsiniz, vaysınırsınız, halbuki uşağınızı öyrədir, həkimə pul verirsiniz, qarğışlarınızdan irin-qan iyi gəlir, halbuki sizi sağaldır, yeyib-içməyə pul verirsiniz, mısmırığınız BTC borusundan uzun sallanır, halbuki öz qarnınıza tıxıbsınız!

Görürsünüz ki... VERmək sizə bu qədər yer edir, onda gecə-gündüz sizə konsert VERən MÜĞƏNNİlərə niyə qıcıq olursunuz!?

Düz eləmirlər ki, etiraz edirlər?
Öyrəşiblər də konsert VERməyə - yenə sizə VERmək istəyirlər - konsert, "yetimçə" ixtisaslılarınıza pul... bəs oxumalıdırlar ki, VERsinlər də... "dalşe"!
Onlar öyrəşiblər verməyə, siz də öyrəşibsiniz havayı...göt...ürməy...ə!

Müftəxorlar!

Bəsdirin də, ala!

Əməyə qiymət verin də!

visiontv.az