Bu məşhurların məlumatları ifşa edildi
24.11.2021

Fatih Tapu Müdirliyində çalışan iki işçinin 136 məşhur şəxsin daşınmaz əmlaklarına dair məlumatları rieltorlar və biznes izləyicilərinə ötürdüyü ortaya çıxıb.

Visiontv.az  xəbər verir ki, ölkə prokurorluğunda iki şübhəli - Rıza K. və Yusuf D. barəsində şəxsi məlumatların əldə edilməsi maddəsi ilə cinayət işi açılıb. Onların 6 il müddətinə həbs edilməsi tələb olunur.

Haqqında araşdırma aparılan məşhurlar arasında İrem Sak, Simge Sağın, Bensu Soral, Burcu Biricik, Mazhar Alanson, Serdar Ortaç, Nagehan Alçı, Bade İşcil, Yasmin Erbil, Serenay Sarıkaya, Berrak Tüzünataç, Hülya Avşar, Yıldız Tilbe, Engin, Altan Düzyatan, Şeyma Subaşı və Sinem Kobal kimi adlar var.

Şübhəlilər birinci Cəza Məhkəməsində mühakimə olunacaq.