Bu ilin sonunda müəllimlərin sertifikasiyasına başlanacaq
18.06.2021

Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılmasının keçirilməsində məqsəd müəllimlərin bilik səviyyəsini qiymətləndirmək, onların inkişafına nail olmaq və təlim ehtiyaclarını öyrənməkdir.

Bu barədə Visiontv.az-a Təhsil Nazirliyindən bildirilib.

Prosesə cəlb ediləcək pedaqoji heyət əvvəlcədən bu barədə məlumatlandırılacaq.

Sertifikatlaşdırma ilə bağlı proqramın hazırlanması nəzərdə tutulur. Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin cari təqvim ilinin sonunda həyata keçirilməsi planlaşdırılır. Hazırda isə sertifikatlaşdırma prosesinə hazırlıq məqsədilə sınaq imtahanları keçirilir.